İran ABŞ-dan iranlı general Qasim Süleymaninin ölümünə görə təxminən 50 milyard dollar pul tələb edib.
Teleqraf.com-un məlumatına görə, bununla əlaqədar İranın Tehran Hüquq Məhkəməsinin qərar verib.
Qərara əsasən, ABŞ hökuməti və bu ölkənin daha 41 hüquqi və fiziki şəxsi iranlı general Qasim Süleymaninin ölümündə məsuliyyət daşıyırlar. İranın Qasim Süleymaninin ölümünə görə kompensasiya tələb etdiyi şəxslər arasında ABŞ-nin sabiq prezidenti Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo və digər rəsmi şəxslər var.
Məhkəmənin qərarında bildirilib ki, iranlı general Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsinə görə 3 318 iranlı yerli instansiyalara şikayət ediblər.
Qeyd edək ki, 3 yanvar 2020-ci ildə ABŞ-ın hücumu nəticəsində İraqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb.