İsrailin baş naziri Benyamin Netanyahu və onun administrasiyası Qəzzada soyqırımına görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əvvəlcə dediyim kimi, Netanyahu Qəzzanın qatili və qəssabıdır. O, Beynəlxalq Cinayət Məhkəməsində Miloşeviç kimi mühakimə olunmalıdır. Onun yanında hərəkət edən israilli və qeyri-israilli siyasətçilər də mühakimə olunmalıdır. Biz buna 3 minə yaxın vəkilin köməkliyi ilə nail oluruq. Türkiyə xaricində bir çox ölkələrin vəkilləri və prokurorları bu işi izləyir. Biz bu işə nəzarəti davam etdirəcəyik. Vəzifəmiz bu soyqırıma son qoymaq və günahkarları tez bir zamanda cəzalandırmaqdır. Netanyahu və onun əlaltıları cəzalandırılmalıdır. Bu, soyqırımına görə məsuliyyət daşıyanların hamısı üçün nümunə olacaq. Bu hökm çox vacibdir ki, başqa heç kim dinc sakinləri öldürmək, xəstəxanaları bombalamaq və ya bazarları vurmaq barədə düşünməsin. Netanyahunun İsrailin baş naziri vəzifəsindən istefası ilə Yaxın Şərq bölgəsinə sülh gələcək”, - deyə Ərdoğan vurğulayıb.