Almaniyanın Gera şəhərində 1200-dən çox insan qaçqınların qəbulu mərkəzinin açılmasına etiraz olaraq küçələrə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Spiegel” yazır.
Nəşr qeyd edir ki, etirazçılar qaçqınların yerləşdirilməsinə qarşıdırlar.
Nəşr vurğulayır ki, yerli hökumət şəhərdəki keçmiş xəstəxananın binasında qaçqınların yerləşdirilməsi üçün mərkəz açmağı planlaşdırır. Onun 200-ə yaxın qaçqını qəbul edə biləcəyi gözlənilir.