“HƏMAS hərəkatı dağılmaq ərəfəsindədir”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Departament rəhbəri bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı əməliyyatda dönüş nöqtəsinə yaxınlaşır:
“Biz HƏMAS-ın Cəbəliyyə və Şucayyadakı son qalalarını məhv edirik... Onlar dağılmaq ərəfəsindədir”.
Qalant HƏMAS batalyon komandirlərini təslim olmağa və canlarını xilas etməyə çağırıb.