13 Dekabr 2023 15:41
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Ukraynanın Avropa Birliyinə üzvlük danışıqlarına mane olacağını bir daha təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, ölkə lideri buna imkan verməyəcəyini deyib.

“Avropa Birliyi qorxunc səhvə yol vermək üzrədir, 26 ölkə bunu etmək istəsə və yalnız biz bunun əleyhinə olsaq belə, onları dayandırmalıyıq. Macarıstanın mövqeyi ondan ibarətdir ki, əgər Ukraynanı dəstəkləmək istəyiriksə, bunu edək, amma Avropa Birliyi üzvlüyünə yox”, - Orban bildirib.

Macarıstan baş naziri qeyd edib ki, üzvlük məsələsi gündəmdən çıxarılmalıdır:

“Macarıstan bu məsələdə israr edəcək, o məsələ ciddi müzakirəyə dəyməz, o yol bağlanıb, çünki Macarıstan buna razı olmayacaq. Gəlin, strateji tərəfdaşlıq çərçivəsində ukraynalılara onları geostrateji cəhətdən gücləndirəcək nəyin veriləcəyi barədə danışaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər