Finlandiya hökuməti Rusiya ilə sərhəddə iki keçid məntəqəsini açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçid bu gündən Valima və Nirala məntəqələri vasitəsilə başlayacaq. Bu barədə qərar Finlandiya hökumətinin iclasında qəbul edilib.
Hər iki keçid məntəqəsi bir ay müddətində açıq qalacaq.
Finlandiya noyabrın 30-da Suriya, Hindistan, Mərakeş və digər ölkələrdən olan qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı.