Rusiya xüsusi hərbi əməliyyatla bağlı məqsədlərinə çatanda sülh olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qarşıya qoyduğumuz məqsədlərə çatanda sülh olacaq”, - Rusiya lideri bildirib.
Putin həmçinin qeyd edib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməyib:
“Mən sizə xatırladıram ki, o zaman nələrdən danışırdıq: de-nasifikasiya, Ukraynanın demilitarizasiyası, onun neytral statusu”.