Macarıstan Baş naziri Viktor Orban Avropa Birliyindən Ukraynaya 50 milyard avroluq yardıma veto qoyub.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Gecə növbəsinin xülasəsi: Ukrayna üçün əlavə pula veto, çoxillik büdcəyə yenidən baxılmasına veto. Gələn il AB sammitində müvafiq hazırlıqdan sonra bu məsələyə qayıdacağıq”, - Orban bildirib.
AB liderlərinin gecə saatlarına qədər davam edən danışıqlarından sonra Orbanın vetosunu Avropa Şurasının prezidenti Şarl Mişel də təsdiqləyib.
Onun sözlərinə görə, yalnız bir ölkə bu qərarla razılaşa bilməyib.