ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Kohen Qəzzada davam edən müharibə ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahunu Rusiya Prezidenti Vladimir Putinə bənzədib.
Teleqraf.com xəbər verir ki, yəhudi əsilli konqresmen İsrail-HƏMAS savaşını Ukrayna-Rusiya müharibəsi ilə müqayisə edib.
“Netanyahu çox irəli getdi. Ceyk Sallivan ona bildirəcək ki, bombardman çox məhdud olmalıdır, əks halda İsrail son həqiqi dostu ABŞ və Co Baydensiz qalacaq”, - Kohen deyib.
Onun sözlərinə görə, Netanyahu da Putin kimi sərhədsiz müharibə aparır.