Ukrayna Prezidenti Vladimir Zelenski respublikaçıları konqresmenləri ölkəsinin müdafiəsini dəstəkləmək üçün pul ayrılmasına səs verməyə inandırmağı planlaşdırarkən, hər şeyi yanlış hesabladı.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna liderinin ABŞ səfərini təhlil edən “Foreign Policy” yazır.
“Zelenskinin səfəri uğursuz alındı. Mövcud maliyyə mübahisəsinin mərkəzində duran məqamı və məsələləri qaçırdı. (Konqresdə) Çıxış etməsəydi, daha yaxşı olardı”, - Respublikaçıların Konqresdəki adı açıqlanmayan nümayəndəsi deyib.
Zelenskinin Vaşinqtondakı müttəfiqləri hesab edirlər ki, ən inandırıcı şəkildə düzgün çıxış etsəydi, bəlkə də Meksika sərhədi məsələsini respublikaçıların diqqətindən yayındırmaq və Ukrayna üçün təcili maliyyə paketini nəzərdən keçirməyə inandırmaq olar. Bununla belə, “Foreign Policy” hesab edir ki, Meksika ilə sərhəd məsələsi Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson üçün qaynar siyasi məsələyə çevrildiyini nəzərə alsaq, bu, siyasi cəhətdən mümkün deyil.
Bəzi respublikaçılar isə etiraf edirlər ki, ümumilikdə Zelenskinin Vaşinqtondakı görüşləri zamanı dilə gətirdiyi arqumentləri təsirli və inandırıcı olub. Digər respublikaçılar isə Ukrayna liderinə qəzəbləniblər.