ABŞ ordusu Yəməndə husi üsyançılarının hərbi obyektlərinə zərbə endirmək imkanlarını öyrənir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu, Qırmızı dənizdə gəmilərə qarşı artan hücumlara cavab olacaq. Telekanal aydınlaşdırıb ki, Ağ Ev dəfələrlə bəyan edib ki, prioritet zərbələr deyil, İsrailin HƏMAS qruplaşmasını Qəzza zolağından sıxışdırıb çıxarmaq kampaniyasına dəstəkdir.
Vaşinqton husilərin İsrail və ABŞ-a zərər vermək üçün qlobal dəniz ticarətini pozmağa çalışmasından narahatlığını ifadə edib.
Dekabrın 15-də husilər Qırmızı dənizdə iki konteyner gəmisinə hücum ediblər.