Serebryanski ərazisində hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Ukraynanın “Azov” xüsusi təyinatlı briqadasının hücum qrupunu darmadağın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Mərkəz qrupunun mətbuat xidmətinin rəhbəri Aleksandr Savçuk deyib.
“Mərkəz qoşun qruplaşmasının bölmələri Krasnoliman istiqamətində xüsusi hərbi əməliyyatın döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir. Serebryanski meşə təsərrüfatının ərazisində artilleriya ekipajlarının dəstəyi ilə 12-ci Azov xüsusi təyinatlı briqadasının hücum qrupu darmadağın edilib", - Savçuk bildirib.