19 Dekabr 2023 16:03
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə İsrail Baş naziri Beynyamin Netanyahu yox, Qəzzadakı bu soyqırımında əli olan hər kəs törətdikləri hərbi cinayətlərə görə qanun qarşısında cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Netanyahunun müvəqqəti olduğunu deyəndə qulaq asmayanlar, haqlı olduğumuzu dilə gətirməkdə çətinlik çəkənlər onun gedəcəyini görəcəklər. Amma oturduğu yeri buraxıb getmək onu xilas etməyəcək. Məzlumların hesablarını almaq üçün qanuni əsaslarla təqibdə olacaq ki, onları məsuliyyətə cəlb edə bilək. Ümid edirəm ki, İsrail kabinetindəki dəyişiklikdən sonra bu qırğın bitəcək. Əks halda Netanyahunu kürsüdən salan bu proses onları da tarixə qovuşduracaq. Təkcə Netanyahu yox, bu soyqırımında əli olan hər kəs törətdikləri hərbi cinayətlərə görə qanun qarşısında cavab verəcək.

İsraildə Netanyahu hökumətinə qarşı güclü etiraz səsləri yüksəlməyə başlayıb. Məsələn, İsrail tərəfindən girovların öldürülməsi hadisəsi var, bu da reaksiyanın dozasını artırıb. Ən böyük intiqam alan Allahdır”, - Türkiyə prezidenti bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər