Ukrayna Rusiya ərazisindən İran dronlarının (“Şahid”) hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat verib.
Gecə saatlarında ümumilikdə 35 belə buraxılış qeydə alınıb.
Hava hücumunun dəf edilməsinə Ukrayna ordusunun taktiki aviasiya, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb edilib. Nəticədə Rusiyanın 35 hücum PUA-sından 34-ü vurulub.
İran dronları Kiyev, Dnepropetrovsk, Vinnitsa, Çerkassı, Xerson, Zaporoje, Nikolayev, Xmelnitski, Sumı, Poltava, Çerniqov və Kirovoqrad vilayətlərində məhv edilib.