24 Dekabr 2023 01:40
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası (RF) prezidentliyinə namizədlərin sayı artıq 29 nəfərə çatıb.

Teleqraf.com "TASS" -a istinadən xəbər verir ki, bu barədə RF Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova deyib.

Onun sözlərinə görə, növbəti iclaslar dekabrın 27-si və 29-na planlaşdırılıb.

Rusiyada qanuna uyğun olaraq, prezidentlik üçün namizədliyini irəli sürənlər seçici qruplarının iclasında dəstəklənməlidirlər. Belə iclasların keçirilməsi barədə MSK-ya qabaqcadan xəbərdarlıq edilməlidir. Öz namizədliyini irəli sürənlərin sənədlərinin son verilmə tarixi dekabrın 27-sidir. Siyasi partiyalar namizədlərini qurultaylarda irəli sürə bilərlər. Bununla yanaşı, parlament partiyalarından olan namizədlər imza toplanışından azaddırlar. Partiyalardan olan namizədlər irəli sürülmələri barədə sənədləri MSK-ya yanvarın 1-dən gec olmayaraq təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər