Serbiyanın yeni hökuməti gələn il fevralın sonuna kimi formalaşacaq.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Dekabrın 18-də Vuçiç rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası (SPP) ətrafındakı koalisiyanın qalib gəldiyi parlament seçkilərindən sonra bildirib ki, ölkə Avropa Birliyinə gedən yolunu davam etdirəcək.