Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ordusunun Donetskin rus qoşunlarının nəzarətində olan hissəsinə zərbə endirməsinə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat açıqlamasında Ukrayna hakimiyyətini təhqir edib, onu “terrorçu yırtıcı” adlandırıb.
“Yeni il ərəfəsində Kiyev rejimi Donetski atəşə tutub. Atəş yenə mülki hədəflərə yönəldilib. Ölənlər və yaralananlar var. Bunu yalnız bir terrorçu yırtıcı edə bilərdi”, - Zaxarova deyib.
Ukrayna qüvvələri gecə saatlarında Donetski atəşə tutub. Məlumata görə, ərazilər yaylım atəşi sistemləri ilə hədəfə alınıb, ümumilikdə 15 zərbə endirilib. Rusiya tərəfi 4 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb.