NATO Ukraynanın tələbi ilə təcili iclas keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.
Xarici işlər naziri Dmitro Kulebaya istinadən yayılan məlumatda deyilir ki, alyans ölkələri Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı tələbini dəstəkləyib.
İclasda əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq.
İclasın tarixi dəqiqləşdirilməyib.
Bundan əvvəl Ukrayna hərbi rəhbərliyinin müşaviri Nikolay Beleskov bəyan edib ki, Qərb müttəfiqləri tərəfindən Kiyevə kifayət qədər silah verilməməsi Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinə gətirib çıxarır.