“İsrailə qarşı Fələstinin Qərbi Şeriadakı qruplarını silahlandırmaq İranın ümumi hərbi siyasətidir və biz bu yolda bütün səylərimizi istifadə edəcəyik”.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehkan İsrail hücumunda həyatını itirən Hizbullah üzvlərini anım mərasimində deyib. Onun sözlərinə görə, sionistlərin hücumu cavabsız qalmayacaq.
Dehkan ölkəsinə qarşı hərbi hücumlarla bağlı təhdidlərə də cavab verib: “Əgər Amerikalıların cəsarəti varsa, hücum etsinlər”.
Samir