Çin ABŞ-nin Tayvan administrasiyasına silah tədarükü və Vaşinqtonun Pekin müəssisələri və fiziki şəxsləri ilə bağlı məhdudiyyətləri ilə əlaqədar beş Amerika şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"ABŞ Çin prinsipini açıq şəkildə pozur. Çinin Tayvan bölgəsinə silah satır və müxtəlif bəhanələrlə ÇXR-in müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edir. Çinin xarici sanksiyalara qarşı mübarizə qanununa uyğun olaraq, "BAE Systems", "Land and Armament", "Alliant Techsystems Operation", "AeroVironment", "ViaSat" və digər şirkətlərə qarşı sanksiyalar tətbiq olunacaq".
Məlumata görə, tətbiq edilən sanksiyalar bu şirkətlərin Çin ərazisindəki daşınmaz əmlakı da daxil olmaqla aktivlərinin dondurulmasını nəzərdə tutur: "Təşkilatlar və şəxslərə onlarla əqdlər bağlamaq, əməkdaşlıq etmək və ya digər qarşılıqlı fəaliyyət növlərini həyata keçirmək qadağandır. ABŞ etdikləri ilə suverenliyi və qaydaları pozur. Pekinin təhlükəsizlik maraqlarını, Çin müəssisələrinin və şəxslərin qanuni hüquqlarını pozur. Tayvan boğazında sülh və sabitliyə ciddi ziyan vurur", - bəyanatda bildirilib.