Cənubi Koreya ordusu öz hərəkətləri və əsassız bəyanatları ilə yalnız Seul üçün ani ölümə çevrilə biləcək düzəlməz fəlakətlər gətirir.
Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsi sədrinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo-çon deyib.
“Ordumuz ən kiçik təxribata dərhal atəşlə cavab verəcək. Son zamanlar hərbi cinayətkarların müəyyən reaksiya prinsipini ifadə edən sevimli sözləri ani, güclü və tez-tez səslənir. Onlar unutmamalıdırlar ki, bu sözləri təkrarlamaqda israrlı olmaları onlar üçün ani, məcburi və tam ölümlə nəticələnə bilər.
Kim Yo-çonun fikrincə, Cənubi Koreya öz səhv hesablamaları, əsassız fərziyyələri, mənasız inadkarlığı ilə öz başına ancaq düzəlməz fəlakətlər gətirəcək. Ölkə rəsmisi Seulun kənar qüvvələr tərəfindən öz məqsədlərinə çatmaq üçün “yem” kimi istifadə olunduğunu söyləyib.
“İndi fikirləşin, bu səriştəsiz hərbi qanqsterlərin səhv hesablamaları, əsassız ehtimalları, mənasız inadkarlıqlarıucbatından gözlənilməz hadisə baş verərsə, on milyondan artıq əhalisi olan Seul hansı təhlükə ilə üz-üzə qalacaq?”, - Kim Yo-çon vurğulayıb.