9 Yanvar 09:59
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Co Bayden hökumətindən müdafiə naziri Lloyd Ostini dərhal tutduğu vəzifədən azad etməyi tələb edir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

Eks-prezidentin fikrincə, qeyri-peşəkar davrandığına və vəzifə borcunu yerinə yetirmədiyinə görə Ostin dərhal işdən çıxarılmalıdır.

“Bir həftə itkin düşmüşdü, heç kimin, o cümlədən rəhbərinin - silahı əyri Co Baydenin onun harada olduğu və ya ola biləcəyi barədə heç bir fikri yox idi. Bir çox səbəblərə görə general Mark Milli ilə birlikdə zəif performans göstərib, qovulmalıdır. Ən əsası Əfqanıstandakı fəlakətli təslimçiliyə, bəlkə də ölkəmizin tarixindəki ən biabırçı məqama görə...”, - Tramp yazır.

Ötən günlərdə ABŞ mediasında Ostinin iki həftə xəstəxanada yatdığı, Prezident Co Baydenin bu barədə xəbərsiz olduğu barədə məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər