Şimali Atlantika Alyansı Ukraynanın maraqlarını qorumaq üçün Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu SBU-nun istefada olan polkovniki Oleq Starikov deyib.
"Alyansın ayrı-ayrı üzvləri Rusiya ilə mübarizə aparmaq iqtidarında deyil. Polşa Rusiyaya qarşı yalnız cəsarətli hücumlar edə bilər. Amma nəticəsiz olacaq. O cümlədən Almaniya, Fransa və Böyük Britaniya da hərbi münaqişəyə başlamağa tab gətirə bilməz. ABŞ Rusiya ilə hərbi qarşıdurmaya qarışmayacaq. Çünki Moskvanın nüvə silahı var. Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya NATO ilə birbaşa hərbi toqquşma istəmir. Lakin kimsə istəsə, Moskva buna hazırdır", - Starikov bildirib.