"Avropa Mərkəz Bankının hansı qərarı qəbul etməsindən asılı olmayaraq, bu qərar avropalı siyasətçiləri iqtisadiyyatın yaxşılaşması istiqamətində islahatlar etməkdən yayındırmamalıdır".
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Davos Forumunun gedişində Almaniyanın Baş naziri Angela Merkel çıxış edib.
O, bir daha Rusiya Federasiyasını Ukrayna böhranının həlli ilə bağlı Minsk razılaşmasına əməl etməyə çağırıb.
“Krım unudulmayıb” söyləyən Almaniyanın siyasi lideri bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü təmin etməyə borcludur. Əks təqdirdə, bu ölkəyə qarşı sanksiyalar davam etdiriləcək və getdikcə daha da sərtləşdiriləcək.
Nail Cəlil