Ötən sutka ərzində Rusiya-Ukrayna arasında 94 toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ayrı-ayrılıqda Severski və Slobojanski istiqamətləridə rus qoşunları sərhədyanı ərazilərdə hərbi mövcudluğunu saxlayır, aktiv təxribat fəaliyyəti aparır. Ukrayna ordusunun təhdid istiqamətlərinə keçməsinin qarşısını almaq məqsədilə Belqorod vilayətində dövlət sərhədi boyunca mina partlayıcı maneələrin sıxlığını artırır. Kupyansk istiqamətində Ukraynalı hərbçilər Xarkov vilayətinin Sinkovka yaxınlığında rus ordusunun hücumlarını dəf ediblər. Ukrayna ordusu Avdivkanı mühasirəyə almaq cəhdlərindən əl çəkməyən rus qoşunlarına lazımi cavablar verir. Rusiya ordusunun xeyli itkisi var. Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları hazırda aktiv müdafiə vəziyyətindədir", - məlumatda bildirilir.