Rusiya ordusu Ukraynanın Xarkov vilayətində fransız muzdluların müvəqqəti dislokasiya olunduğu məntəqəni vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 16-da Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqlikli zərbə endirilib.
Zərbə nəticəsində muzdluların yerləşdiyi bina tamamilə dağılıb. 60 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Rusiya MN-dən o da bildirilib ki, əcnəbi döyüşçülərin əksəriyyətini fransız muzdlular təşkil edib.