Ağ Ev rəsmiləri ABŞ prezidenti Barak Obamanın İsrail baş naziri Binyamin Netanyahu ilə görüşməyəcəyini bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu Nümayəndələr Məclisinin rəhbəri Con Boehnerin dəvəti ilə Konqresdə çıxış etmək üçün mart ayında Vaşinqtona səfər edəcək: “Səfər zamanı Obama İsrail baş naziri ilə görüşməyəcək. Buna səbəb tarixi keçmişə əsaslanaraq, xarici ölkədə keçiriləcək demokratik seçkilərə təsir etməmək üçün, seçkilərə qısa müddət qalmış həmin ölkələrin başçıları və ya prezidentliyə namizədləri ilə görüşmürük”.
Samir