19 Yanvar 17:08
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionlararası özbək “Vətəndaş” icmasının rəhbəri Usman Baratov Moskvada həbs edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva İdarəsi ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələei (“nifrət və ya düşmənçiliyin salınması”, habelə “insan ləyaqətini alçaltma”) ilə cinayət işi açıb.

Müstəntiqlərin fikrincə, 2023-cü ilin dekabrında Usman Baratov sosial şəbəkələrdə “Rusiya vətəndaşlarını, o cümlədən Ukrayna ərazisində hərbi əməliyyatların iştirakçılarını aşağılayan yazılar” dərc edib.

Açıqlamada ​​hansı yazılardan bəhs edildiyi göstərilmir.

Rusiya mediası Baratovun dekabrın 16-da “Odnoklassniki” sosial şəbəkəsində Rusiyada yumurta qiymətləri ilə bağlı vəziyyəti şərh edən yazısına diqqət çəkib.

İddiaya görə, qeydini toyuq fotoları ilə paylaşan Baratov Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın iştirakçılarını təhqir edib.

İstintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkin Baratova qarşı cinayət işinin açılması barədə göstəriş verib. Qurumun açıqlamasında deyilir ki, “Rusiyanın hərbi müxbirləri” müraciət edərək, Bastrıkindən özbək icmasının rəhbərinin “təhqiredici yazılar”ına cavab verməsini xahiş ediblər.

Xüsusən də Baratovun sosial şəbəkələrdə yumurta qiymətləri ilə bağlı paylaşımları işin başlanmasına səbəb olub. Həmin paylaşıma “toyuqlar arasında dialoq”u əks etdirən karikatura əlavə edilib.

Karikaturada “Qabaqdakı xoruzları qaytarın” adlı qeyd yer alıb. Bu, Ukraynada döyüşən Rusiya hərbçilərinin aşağılanması kimi qəbul edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər