Rusiyanın “Qazprom” media holdinqinin baş direktorunun müavini, teleaparıcı Tina Kandelakinin Qazaxıstanla bağlı skandal və təxribatçı sözləri müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, Kandelaki bundan əvvəl Qazaxıstanda rus dilinin yavaş-yavaş dövlət səviyyəsində sıxışdırıldığını iddia edib.
Erməni jurnalistin bu iddiası Qazaxıstanda hiddətlə qarşılanıb.
Kandelakiyə cavab verən qazax həmkarı Dinara Satcan ona ölkəsinin müstəqil və suveren dövlət olduğunu xatırladıb.
Qazaxıstan parlamentinin deputatı Maksat Tokbay da erməniyə cavab verib. Onun sözlərinə görə, Qazaxıstan əhalisinin 70 faizdən çoxu etnik qazaxlardır, qazax dili ölkənin yerli əhalisinin əksəriyyətini birləşdirir.
Qazaxıstandan verilən cavabdan sonra Kandelaki bu dəfə həddini aşaraq təhqir və təxribata baş vurub, qazaxları “manqurt” adlandırıb:
“Əziz qazaxlar, sizin sadə, amma güclü bir anlayışınız var: “manqu”. Ondan hafizəsini, şəxsiyyətini, bəzən də ağlını itirmiş “manqurt obrazı” gəlir. Özünüzü və baş verən hər şeyi xatırlamamaq, tarixi bütün təzahürləri, o cümlədən tarixi adları ilə silmək təkcə cahillik yox, həm də təhlükəli fəaliyyətdir”.