19 Yanvar 20:43
4 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin növbəti il ​​üçün Ukraynaya on milyardlarla dollar yardımın göstərilməsinə dəstək verməyəcəyi təhlükəsi var, bu halda ölkəmiz B planına keçməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş komandiri, hərbi ekspert Yevgeni Dikiy deyib.

Onun sözlərinə görə, ABŞ Konqresi yardımı göstərməsə, Ukraynanın edə biləcəyi yeganə şey müdafiə olacaq.

“Bu, məhz müdafiədə olmaq, üç sıra səngər qazmaq deməkdir”, - Dikiy söyləyib.

Ekspertin fikrincə, ABŞ-də müzakirələr uzandıqca, B planının işə düşmə ehtimalı artır, Vaşinqtondan gələn son siqnallar son dərəcə xoşagəlməzdir, heç vaxt razılığa gəlməyəcəklər.

“Razılığa gəlməsələr, Respublikaçılarla Demokratlar arasında kompromis olmasa, 60 milyard dollarlıq yardım da olmayacaq”, - Dikiy vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi ötən həftə Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlamışdı. Vaşinqtondan Kiyevə son hərbi yardım partiyası ötən il dekabrın sonunda çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər