Co Bayden administrasiyası amerikalı hərbçilərin öldürüləcəyi təqdirdə İranla genişmiqyaslı toqquşmanı mümkün hesab edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (NYT) Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Nəşr yazır ki, Bayden administrasiyası İrana bağlı terrorçu qruplaşmaların ABŞ hərbi bazalarına davam edən raket zərbələrinə cavab vermə yollarını nəzərdən keçirir. Amma indiki məqamda hərbi toqquşma olmadan...
Bununla belə, rəsmilər NYT ilə söhbətlərində etiraf ediblər ki, hücumlar nəticəsində Amerika hərbçiləri həlak olarlarsa, müharibə başlaya bilər. Bu, hələ keçilməmiş, amma hər an baş verə biləcək “qırmızı xətt”dir.