Türkiyənin 5 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir, bu barədə ölkənin daxili İşlər Naziri Ali Yerlikaya bildirib.
Bildirilib ki, əməliyyat zamanı 27 şübhəli saxlanılıb.
Qeyd edək ki, yanvarın 18-də Türkiyədən Yunanıstana qanunsuz yollarla keçməyə çalışan 8 nəfər saxlanılıb. Bunlardan 5-nin FETÖ üzvü olduğu müəyyən edilib.