Konqresin razılaşdırdığı büdcə olmadan ABŞ-ın Yaxın Şərqdəki maraqlarını təmin etmək üçün pulu olmayacaq.
Teleqraf.com “Politico” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Pentaqon HƏMAS-ın 7 oktyabr hücumlarından sonra Yaxın Şərqdə ABŞ-ın hərbi gücünü 1,6 milyard dollar səviyyəsində qiymətləndirir. İki amerikalı məmurun sözlərinə görə, departament Konqres tərəfindən razılaşdırılmış büdcənin olmaması səbəbindən bu hesabı ödəyə bilmir”- Amerika hərbi departamenti amerikalı qanunvericilərin müvafiq sorğusuna cavabında bildirib.
Pentaqonun sözlərinə görə, bu məbləğ Yəmən və İsraildəki münaqişə zonalarına əlavə gəmi və döyüş təyyarələrinin göndərilməsini təmin edir.