27 Yanvar 14:32
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Vastok" qoşun qruplaşması Donetsk istiqamətində Ukrayna ordusununa zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə qrupun mətbuat mərkəzinin rəhbəri Aleksandr Qordeyev bildirib.

"Aviasiya zərbələri, artilleriya atəşi və ağır alov sistemləri Ukrayna Ordusunun 79-cu Hava Desant Hücum Briqadası və 116-cı Ərazi Müdafiə Briqadalarının Konstantinovka və Enomikenika rayonlarında müvəqqəti dislokasiya məntəqələrinə, istehkamlarına və canlı qüvvəsinin toplandığı yerlərə zərbələr endirib. 120-dən çox hərbçi, 2 texnika və 2 “Akatsiya” artilleriya qurğusu məhv edilib", - Qordeyev vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər