İordaniyadakı ABŞ hərbi bazasına hücuma cavab variantları arasında Vaşinqton İrana qarşı gizli əməliyyat keçirməyi istisna etmir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin fikrincə, Vaşiqton hücuma daha qətiyyətli cavab verəcək, bu da miqyasına görə Qəzza zolağında davam edən münaqişədən daha geniş olacaq.
Mümkün tədbirlər arasında “Bloomberg” ABŞ-nin İrana zərbə endirəcəyi gizli əməliyyatı qeyd edib. İddiaya görə, Vaşinqton əməliyyatda iştirakını açıqlamayacaq. ABŞ-nin həmçinin İran rəsmilərinə qarşı birbaşa hücum təşkil edə biləcəyi də variantlar arasındadır.
“ABŞ Prezidenti Co Bayden öz ofisində ən mühüm qərarlardan birini qəbul etməli olacaq. Bu, Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər”, - məlumatda deyilir.