29 Yanvar 20:38
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyəyə 40 yeni F-16 Viper və 79 modernizasiya dəstinin satışını təsdiqləyib. Bu çərçivədə 23 milyard dollarlıq satış rəsmən qeydə alınıb. ABŞ eyni vaxtda Yunanıstana F-35A qırıcılarının tədarükünə icazə verib.

Teleqraf.com xəbər verir ki, F-35 məsələsinin Egey dənizindəki güc tarazlığını yenidən gündəmə gətirdiyini bildirən Yunanıstanın “Kathimerini” qəzeti 2030-cu ildə Türkiyə və Yunanıstan ordularını müqayisə edən material dərc edib.

“ABŞ-nin Yunanıstana F-35 çoxfunksiyalı döyüş təyyarələri, Türkiyəyə F-16 qırıcıları və təkmilləşdirmə dəstləri satması üçün “yaşıl işıq” yandırması iki NATO “müttəfiqi”nin əslində bir-birləri ilə üzbəüz rəqabət apardığını göstərir”, - materialda deyilir.

İki ölkə PUA sahəsində müqayisə edən nəşr Türkiyənin açıq fərqlə öndə olduğunu yazır:

“Türkiyə Yunanıstandan xeyli irəlidədir. Türkiyə PUA sahəsində dron istehsalını ticarət üstünlüyünə çevirərək ixrac gücünə çevrilməyi bacarıb. 2023-cü ildə Türkiyənin müdafiə sənayesi 5.5 milyard avroya çatıb ki, bunun da əksəriyyəti PUA və əlaqəli sistemlərlə bağlıdır”.

“Kathimerini” Polşa, Ukrayna, Albaniya, Azərbaycan, Liviya, Efiopiya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan və Banqladeş kimi ölkələrin öz ordularını Türkiyə PUA-ları ilə gücləndirdiklərini də xatırladır.

ABŞ və Fransadan alınan gəmilərin Egey dənizində güc tarazlığı baxımından önəmli olduğunu, amma ümumilikdə köhnə donanmaya sahib olduqlarını vurğulayan nəşr Türkiyənin son illərdə yerli istehsal gəmilərlə gəmiqayırma gücünü ciddi şəkildə artırdığını bildirir.

Qəzet Türkiyənin pilotsuz sualtı gəmi sahəsində lider olduğunu, Yunanıstanda da oxşar cəhdlərin olduğunu qeyd edir:

“Hərbi Dəniz Qüvvələri səviyyəsində Türkiyə pilotsuz sualtı və suüstü gəmilər sahəsində liderdir. Yaxın illərdə Yunanıstanda da oxşar planların həyata keçirilməsi üçün səylər göstərilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər