30 Yanvar 10:29
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Rusiyaya qarşı genişmiqyaslı müharibə gedir. Rusiya Ukrayna ərazisini PUA və raketlərlə vurmağa davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

Diplomat bildirib ki, Ukrayna həm öz, həm də Rusiya ərazisində qarşı tərəfə qarşı hücumlarda bütün innovativ texnologiyalardan, xüsusən də dəniz dronlarından intensiv istifadə edəcək.

“Bütün bunlar müharibəni ruslara (Rusiyaya) yaxınlaşdıracaq. Onda görəcəklər ki, bu, alqışladıqları üçgünlük asan müharibə deyil. Anlayacaqlar ki, Rusiya yüz minlərlə insan itirib və bu müharibənin sonu görünmür. Bu, rusları narahat etməyə başlayacaq”, - Volker vurğulayıb.

Onun fikrincə, ABŞ Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləməkdə davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər