31 Yanvar 14:10
6 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin F-35 qırıcılarının istehsalı proqramına qaytarılması məsələsi hazırda müzakirə olunmur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözüçsü Patrik Rayder deyib.

Pentaqonun sözçüsü Türkiyənin F-35 proqramına qaytarılmasını mümkün hesab edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatını belə şərh edib:

“Bununla bağlı Dövlət Departamentindəki həmkarlarımızın açıqlamalarını görmüşəm. Nə qədər ki Türkiyənin S-400-ləri var, o məsələ müzakirə olunmayacaq”.

Dünən Nuland bildirmişdi ki, ABŞ Türkiyəni F-35 proqramında məmnuniyyətlə görmək istəyir, amma Ankara bunun üçün Rusiyadan aldığı S-400 raket kompleksləri məsələsini həll etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər