ABŞ ordusu Ədən körfəzində Yəməndəki “Ənsarallah” qruplaşmasının (Husilər) gəmi əleyhinə raketi və İranın üç (PUA-sını vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
İranın dəstəklədiyi husilər Yəməndən Ədən körfəzinə gəmi əleyhinə ballistik raket atıblar.
Raket ABŞ-nin “USS Carney” esminesi tərəfindən uğurla vurulub. Bundan 40 dəqiqə sonra İrana məxsus üç PUA məhv edilib.