Hindistan özünün ən böyük silah tədarükçüsü olan Rusiyadan uzaqlaşmaq istəyir. Çünki Ukraynadakı müharibə Moskvanın onu silah-sursatla təmin etmək imkanlarını məhdudlaşdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklər hesab edirlər ki, Hindistan Rusiyanı Çinə daha da yaxınlaşdırmamaq üçün ehtiyatlı davranacaq.
Hind siyasi ekspert Nandan Unnikrişanın sözlərinə görə, Hindistan ABŞ-yə qarşı “qırmızı xətti” keçməmək üçün Rusiya ilə böyük hərbi müqavilə imzalamayacaq.
Hindistanlı hərbi ekspert Svasti Rao da bildirib ki, Ukraynadakı müharibə Dehlidə Moskvanın onu ehtiyat hissələri ilə təmin edə biləcəyinə şübhə yaradır.
ISW-nin fikrincə, müharibə ilə əlaqədar Rusiyanın silah-sursata artan ehtiyacı və hərbi sənaye kompleksinin əvvəlki istehsal gücünü bərpa edə bilməməsi hərbi ixracını məhdudlaşdırıb.