3 Fevral 23:59
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Ukrayna arasında təhlükəsizlik üzrə tərəfdaşlıq sazişi bu ayın əvvəlində imzalana bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti mənbələrə istinadən yazıb.

Nəşr bildirir ki, sazişin layihə variantı artıq hazırdır və onun fevralın 16-18-də baş tutacaq Münhen Təhlükəsizlik Konfransında imzalanması planlaşdırılır.

Lakin məqalədə razılaşmanın təfərrüatları verilmir və Almaniya Nazirlər Kabineti bu məlumatı təsdiqləməyib. Eyni zamanda, Almaniya hökuməti Almaniya kansleri Olaf Şolz ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında bu mövzunun qaldırıldığı bu yaxınlarda baş tutan telefon danışığını xatırladıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər