24 Yanvar 2015 01:59
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların qəbulu danışıqların davam etdirilməsi ilə bağlı mənfi presedent yaradacaq. Belə bir qərar Cenevrədə Tehran və “altılıq” arasında əldə edilmiş razılaşmanı poza bilər.

Teleqraf.com-un “Frans Press”ə istinadən məlumatına görə, bunları İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyəyib.

“Biz hərtərəfli razılaşma əldə etmək perspektivinə malik razılıq əldə etmişik. Əgər kimsə bu razılaşmanı pozmaq iqtidarındadırsa o, istər bu ABŞ Konqresi , istərsə də başqası olsun, beynəlxalq ictimaiyyətdən təcrid olunmalıdır”, deyə Zərif qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib ki, Tehrana qarşı əlavə sanksiyaların tətbiqi İranın nüvə proqramına dair danışıqlara ciddi zərbə vura bilər.


Müəllif:

Oxşar xəbərlər