Ukrayna silahlı bölmələri Baxmut istiqamətində irəliləyiş əldə edərək bir sıra əraziləri azad ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə bu barədə Ukrayna Silahlı Qüvvələrinin 26-cı artilleriya briqadasının mətbuat xidmətinin rəhbəri Oleq Kalaşnikov deyib.
Eyni zamanda, o qeyd edib ki, Rusiya hərbçilərinin Baxmut istiqamətində hücum əməliyyatları kifayət qədər intensivdir.