Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto VRT telekanalına müsahibəsində deyib.
Siyarto vurğulayıb ki, Avropa Komissiyası Aİ ölkələrinə Kiyevə silah tədarükünü kompensasiya etmək üçün bu il Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib.
"Bizim üçün silah tədarükü qırmızı xətt olduğundan, bu məsələdə iştirak etməyəcəyik. Ancaq Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq", - o deyib.