24 Yanvar 2015 06:12
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının yeni kralının ilk təyinatı bir qədər gözlənilməz və sürpriz xarakterli olub. O, öz oğlu Salman ibn Əbdül Əziz əl-Səud oğlu Məhəmməd bin Salmanı ölkənin müdafiə naziri təyin edib.

Teleqraf.com-un “İnterfaks”a istinadən məlumatına görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

34 yaşlı şahzadə Məhəmməd bin Salman həmçinin Kral Məhkəməsinin sədri və xüsusi müşavir postlarına da təyinat alıb.

Yeni kral Səudiyyə Ərəbistanının daxili işlər naziri postuna 55 yaşlı qardaşı oğlu Məhəmməd bin Naifi təyin edib.

Qeyd edək ki, kral Abdulla bin Əbdül Əziz əl-Səud yanvarın 23-nə keçən gecə 91 yaşında vəfat edib.

Yeni kral onun qardaşı, müdafiə naziri Salman ibn Əbdül Əziz olub.


Müəllif: