ABŞ ordusu Yəmənə yenidən zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial hesabında məlumat yayıb.
“ABŞ ordusu Yəməndə husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərində pilotsuz uçuş aparatları aşkar edib və onların bölgədəki ticarət gəmilərinə təhlükə yaratdığı müəyyənləşib”, - məlumatda bildirilir.