Rusiya lideri Vladimir Putinin əsas məqsədi sülh yox, Ukrayna üzərində tam qələbədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Avropa Siyasətinin Təhlili Mərkəzinin təhlilində deyilir.
Materialda qeyd olunur ki, Ukrayna ordusunun Qara dənizdəki uğurları hələ strateji xarakter daşımır və dəniz əməliyyatları quru hücumlarını əvəz edə bilməz. Analitiklər vurğulayırlar ki, Rusiyanın Qara dəniz Donanması zəifləsə də, ciddi təhlükə olaraq qalır.
“Putin diqqətini sülhə yox, total hərbi qələbəyə yönəldib. Bu, indi bəzi siyasətçilərin, xüsusən də ABŞ-nin Ukraynaya dəstəkdə tərəddüd etdiyi, nəhayət, Rusiyanın qalib gələcəyinə inamını təşviq etdiyi bir vaxtda daha da güclənir”, - məqalədə bildirilir.