Cənubi Koreya Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra tətbiq edilən sanksiyalardan imtina edərsə, Rusiyaya dost olmayan ölkələr siyahısından çıxarıla bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın bu ölkədəki səfiri Georgi Zinovyev deyib.
“Belə qərarlar ikitərəfli faydalı əməkdaşlığımızın səviyyəsini saxlamağa kömək etmir. Cənubi Koreyadan qeyri-dost ölkə statusunun çıxarılması üçün minimum tələb Rusiyaya qarşı sanksiyalardan imtina etməkdir”, - səfir bildirib.
Zinovyevin sözlərinə görə, Seulun Kiyevə birbaşa silah verməkdən imtina etməsi ona Moskva ilə münasibətləri saxlamağa imkan verir:
“Koreyanın bu mövqeyi son dərəcə vacibdir. İkitərəfli münasibətləri bu səviyyədə saxlaya bilərik, Koreya bu mövqeyə sadiqdir”.
Səfir əlavə edib ki, Qazaxıstan da Ukraynaya humanitar və maliyyə yardımı, qeyri-öldürücü hərbi ləvazimatlar verib, amma silah vermir.