7 Fevral 21:26
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Patriot” hava hücumundan müdafiə sistemləri və F-16 qırıcıları artıq Polşanın arsenalındadır. Polşa bunlarla Rusiyanın Ukrayna üzərindən atdığı raketləri vura bilir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets deyib.

O xatırladıb ki, bu gün səhər saatlarında qanadlı raketlərdən biri Polşa ilə sərhədə yaxınlaşıb, sonra 180 dərəcə dönərək Ukraynanın qərb əraziləri üzərində dövrə vurmağa başlayıb.

“Polşa bu potensial təhlükənin qarşısını almaq üçün F-16 qırıcılarını qaldırdı. Yəni Polşa rəhbərliyi belə hallarda daha qətiyyətli davranmağa başlayır. Gördüyümüz budur ki, Polşanın yeni hərbi rəhbərliyi artıq ölkəsinə qarşı təhlükələrin qarşısının alınmasında daha fəal və sərt mövqe tutur”, - Zqurets vurğulayıb.

Ekspertin sözlərinə görə, Polşada yerləşən “Patriot” kompleksləri qismən Ukrayna ərazisinin bir hissəsini əhatə edir, F-16 qırıcıları da bunu edə bilir.

“Bununla belə, Varşava hələlik Polşanın Rusiya raketlərini vurmağa başladığı, NATO-nun isə Rusiya ilə birbaşa qarşıdurmaya yaxınlaşdığı məqamdan qaçmaq üçün daha ciddi strategiya seçir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın atdığı qanadlı raket Ukrayna-Polşa sərhədinə doğru hərəkət edəndə Varşava təcili olaraq özünün və müttəfiqlərinin (NATO) təyyarələrini qaldırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər