8 Fevral 10:01
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları ilə zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Rusiya ərazisindən Ukraynaya ümumilikdə 17 “Şahid” tipli PUA atılıb. Pilotsuz təyyarələrdən 11-i Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri tərəfindən məhv edilib.

Dronlar Nikolayev, Odessa, Vinnitsa və Dnepropetrovsk vilayətlərində vurulub.

Rusiya bu müddətdə Ukrayna qoşunlarının mövqeləri və yaşayış məntəqələrinə 51 raket və 80 hava zərbəsi endirib, müxtəlif hava sistemlərindən 89 dəfə atəş açılıb.

Son sutka ərzində cəbhədə Rusiya və Ukrayna qüvvələri arasında 92 toqquşma qeydə alınıb. Kupyan, Liman, Baxmut, Avdiv, Xerson, Marin və Zaporoje istiqamətlərində rus ordusunun çoxsayılı hücumları dəf edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər